logo

Bəzi rayonlarda müşahidə olunan güclü külək fəsadlar törədib

20:10 19-03-2022 | icon 1904
Bəzi rayonlarda müşahidə olunan güclü külək fəsadlar törədib

Bu saata olan məlumata görə,respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib.

YeniAvropa xəbər verir ki, bu barədə  ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirib ki, Gəncə şəhərində martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.

“Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 metr/saniyə olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var”, - deyə G.Məmmədova qeyd edib.

Sinoptiklərin əvvəlcədən xəbər verdikləri kimi, bu gün və sabah ölkə ərazisində qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılırdı.