logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 812 min nəfəri ötür

18:48 19-03-2022 | icon 3528
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 812 min nəfəri ötür

Martın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 974 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı - 1 min 864, üç və daha çox doza vaksinlərin sayı – 13 min 498, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 811-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 355 min 516, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 318 min 721, ikinci mərhələ üzrə 4 milyon 812 min 983, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 253, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 min 559-dur.