logo

Bayram günlərində bölgələrdə yağış və qar yağacaq,güclü külək əsəcək

17:15 19-03-2022 | icon 1806
Bayram günlərində bölgələrdə yağış və qar yağacaq,güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bayram günlərində bölgələrdə gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında martın 20-də arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15-20 metr olacaq, bəzi yerlərdə arabir 23-25 metrədək güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Martın 21-22-də hava əsasən yağmursuz keçəcək. Lakin martın 21-i axşamdan 22-si səhərədək arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 15-17 metrədək güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında martın 20-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15-20 metr olacaq, bəzi yerlərdə arabir 25-30 metrədək güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 18-23 metrədək güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında martın 20-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, dağlarda 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Martın 21-22-də arabir qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, dağlarda 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında martın 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10, arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı bildirilir.

Martın 21-22-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında martın 20-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, 5-10, arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Martın 21-22-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, 5-10 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında martın 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15-20 metr olacaq, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 5-9° isti olacaq.

Martın 21-22-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında martın 20-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 2-4°, gündüz 5-8° isti, dağlarda gecə 3-5°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Martın 21-22-də havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq, bəzi yerlərdə arabir 15-17 metrə çatacaq. Havanın temperaturu gecə 0-3°, gündüz 4-7° isti, dağlarda gecə 4-6°, gündüz 1-3° şaxta olacaq.