“Buta Airways” aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək “J2-9103” reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.Qeyd edilib ki, İstanbul hava limanında güclü qar müşahidə olunur.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər.