Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən martın 22 dən 27-dək Bakı şəhərinin bir-neçə küçə və prospektində təmir işlərinin aparılması nəzərdə tutulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, təmir işləri bir sıra küçə və prospektlərin müəyyən hissələrində aparılacaq.
Bunlara Mikayıl Müşfiq, Rəşid Behbudov, A. Salamzadə, Nazim Hikmət küçələri, Tbilisi prospektinin yan yolu, Ziya Bünyadov, Azadlıq prospektləri, Şəhər şosesi, “Koroğlu” körpüsünün üstü, Bakı Dairəvi I yolu, Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh avtomobil yolu, Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi, Salyan şosesi aiddir.