Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 112 yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 536 nəfər müalicə olunaraq sağalıb, 9 mın 647 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 105 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 153, bu günə qədər isə ümumilikdə 6 milyon 656 min 940 test icra olunub.