logo

Oxçuçayın çirkləndirilməsi bütün regionun ekosistemi üçün böyük təhlükə yaradır

16:15 18-03-2022 | icon 1694
Oxçuçayın çirkləndirilməsi bütün regionun ekosistemi üçün böyük təhlükə yaradır

Ətraf mühitin mühafizəsi həmişə Azərbaycanın əsas vəzifələrindən biri olub. Bu baxımdan yaşıl inkişaf və “yaşıl enerji” məsələləri prioritetlərdir.

YeniAvropa xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda deyib.

Nazir vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji”ni inkişaf etdirmək niyyətindədir və bu sahədə əsas diqqət əhalinin təmiz içməli su ilə təminatına yönəlib.

Muxtar Babayev Oxçuçayın çirkləndirilməsindən narahatlığını bildirib və qeyd edib ki, bu, bütün regionun ekosistemi üçün böyük təhlükə yaradır.

Nazir onu da vurğulayıb ki, Azərbaycan üçün daha bir prioritet bərpaolunan enerji mənbələrinin inkişafı, eləcə də “xalis sıfır emissiya” zonasının yaradılmasıdır.

“Azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatların dəstəyi vacibdir”, - deyə o əlavə edib.