Son 20 ildə Xəzərdə suyun səviyyəsinin düşməsi bizi çox narahat edir.
YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, burada iqlim dəyişmələri əsas amildir. Ancaq digər amillər da var. Tələbat, əhali artıb, artıb.
“Bizim məqsədimiz bu istehlakın daha səmərəli, daha ağıllı formada idarə olunmasıdır. Vətəndaşlar da, istehlakçılar da suya münasibətdə məsuliyyətli olmalıdırlar”, - deyə nazir bildirib.