logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə gənclər təşkilatları əməkdaşlıq əlaqələrini müzakirə ediblər

20:40 17-03-2022 | icon 1764
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə gənclər təşkilatları əməkdaşlıq əlaqələrini müzakirə ediblər

Martın 17-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə tədbir keçirilib.

Agentliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, QHT Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva gənclər siyasətinin dövlətimizin əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Gənclər Təşkilatları Milli Şurasının bu görüşü təşkil etməsini yüksək dəyərləndirib.

Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev vurğulayıb ki, ARGTMŞ-a üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət qurumları rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və fikir mübadiləsi aparılır.

Görüşdə gənclər təşkilatları nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.