Yol polisi Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən YeniAvropa-ya daxil olan müraciətdə deyilir: “Novruz bayramı ilə əlaqədar 2022-ci il martın 20-dən 28-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər sakinlərinin respublikanın müxtəlif regionlarına getməsi, bölgələrdən isə əhalinin əsasən paytaxta gəlməsi səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə yüksəlir. Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövsümi hava və mövcud hərəkət şəraitini düzgün qiymətləndirmədən ötmə və manevr etmə qaydalarını pozmaları, eləcə də müəyyənləşdirilmiş sürət həddini aşmaları yollarda qəzaların baş vermə ehtimalını artırır. Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması və bayramı xoş əhvali-ruhiyyədə keçirməsi üçün dövlət yol polisi əməkdaşları qeyri-iş günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.
Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyənləşdirilmiş yerlərdən keçməyi, azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.
Eyni zamanda, texniki baxışdan keçmənin son müddəti qeyri-iş günlərinə təsadüf edən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin inzibati məsuliyyətə cəlb edilməmələri üçün paytaxtın Sabunçu rayonundakı Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikanın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək”.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib