Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının əməkdaşları Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “Opel” markalı, 99-XJ-379 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətləri şübhə doğurduğundan nəqliyyat vasitəsini saxlayıb.
İdarədən YeniAvropa-ya bildirilib ki, ilkin araşdırmadan sonra tibbi müayinəyə cəlb olunan sürücü Elnur Əliyevin narkotik vasitədən istifadə etməsi müəyyən olunub.
Bakı şəhər sakini Elnur Əliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Bununla yanaşı, onun borclu qismində axtarışda olması da müəyyənləşdirildiyindən o, Salyan Rayon Polis Şöbəsinə təhvil verilib.