Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 72 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.