logo

Şimal bölgəsinə 32 sm qar yağıb

10:50 17-03-2022 | icon 2387
Şimal bölgəsinə 32 sm qar yağıb

Azərbaycanın şimal rayonlarına 32 santimetrədək qar yağıb. Ən çox yağıntı Xızı rayonunun Altıağac qəsəbəsində qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, dağlıq ərazilərdə temperatur mənfi 15 dərəcəyədək aşağı düşüb.

Qarın qalınlığı Qubanın rayon mərkəzində 3, Qırız kəndinə 16, Xaltanda isə 27 santimetrdir. Şabranda 2, Xaçmazda 1 santimetr qar yağıb.