Yanvarın 7-də paytaxtın Nərimanov rayonu İ.Abışov küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi ilə bağlı Nərimanov rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Nərimanov rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, istintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydalarının tələblərini pozaraq, xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.
Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilib.
.