İlin əvvəlindən ölkə əhalisinin sayı 4 min 282 nəfər və ya 0,04 faiz artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160 min 648 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 50 faizini kişilər, 50 faizini isə qadınlar təşkil edib.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər təşkil edib.