Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Şamaxı-Pirqulu yollarında, Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliklər yaradıb.
YeniAvropa xəbər verir ki, səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar idarələrinin canlı qüvvələri və ağır texnikaları əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti bərpa edilib.
Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir. Qarın təmizlənməsi, yola duz və qumun səpilməsi işləri davam etdirilir.