logo

Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib

16:29 15-03-2022 | icon 1841
Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib

Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə ənənəsini davam etdirdik. İlaxır çərşənbəni genişmiqyaslı ağacəkmə tədbirləri və ting paylama aksiyaları ilə qeyd etdik.

YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, ilaxır çərşənbə günü ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallıda açıq və seyrək meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 22 min müxtəlifcinsli ağac əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verilib.

"Həmçinin vətəndaşları da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlifcinsli ağac tingləri hədiyyə edildi",-deyə nazirlik rəsmisi bildirib.