COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 805 min nəfəri ötür
Martın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 min 591 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 152, ikinci doza vaksinlərin sayı - 1 min 847, üç və daha çox doza vaksinlərin sayı – 18 min 460, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1 min 132-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 286 min 364, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 315 min 399, ikinci mərhələ üzrə 4 milyon 805 min 594, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 945 min 147, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220 min 224-dür.