Yaz ağac əkini mövsümündə keçirilən genişmiqyaslı ağacəkmə tədbirlərinə “SOCAR Cape” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki ki, torpaq çərşənbəsi günündə keçirilən ağacəkmə aksiyası zamanı nazirliyin və “SOCAR Cape” MMC-nin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun 4 min Eldar şamı və zeytun ağacı əkilib.