Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi İsayev Vahid Zahid oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
YeniAvropa xəbər verir ki, Baş Prokurorluqdan məlumatı təsdiqləyiblər.
Onun nə üçün saxlanıldığı hələlik açıqlanmır.
Xatırladaq ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.