logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 2 milyon 926 min nəfəri ötür

15:55 14-03-2022 | icon 3192
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 2 milyon 926 min nəfəri ötür

Martın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 27 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı - 5, üç və daha çox doza vaksinlərin sayı – 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 263 min 773, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 314 min 247, ikinci mərhələ üzrə 4 milyon 803 min 747, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 926 min 687, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 219 min 92-dir.