Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 min 585 nəfər müalicə olunaraq sağalıb, 9 mın 618 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 min 617 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 437, bu günə qədər isə ümumilikdə 6 milyon 635 min 319 test icra olunub.