logo

Şuşada 30 santimetr qar yağıb

14:34 14-03-2022 | icon 3003
Şuşada 30 santimetr qar yağıb

Dağlar gözəli Şuşa şəhəri ağ örpəyə bürünüb. Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, son üç gündür Şuşaya fasiləsiz qar yağır. Havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir. Qarın hündürlüyü 30 santimetrə çatır.

Şuşa şəhərindən ən son görüntüləri təqdim edirik.