logo

Qax rayonunda qarın hündürlüyü 64 sm-ə çatır

10:50 14-03-2022 | icon 2919
Qax rayonunda qarın hündürlüyü 64 sm-ə çatır
Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm-ə çatır.
,
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ölkədə müşahidə olunan faktiki hava barədə məlumat verərkən deyib.
 
U.Tağıyeva bildirib ki, gözlənildiyi kimi martın ikinci ongünlüyündə əlverişsiz qeyri-sabit hava şəraiti müşahidə olunur.

Aralıq dənizi siklonları ilə bağlı soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən fasilələrlə keçməsi nəticəsində respublikanın bir sıra əksər rayonlarında yağıntılar müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır, düşən yağıntıların miqdarı bəzi ərazilərdə 29 mm-dir.

“Qar nəticəsində dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib. Qax rayonunun Sarıbaş məntəqəsində qar örtüyünün hündürlüyü 64 sm, Şahdağda 48 sm, Xaltanda 29 sm, Altıağacda 28 sm, Daşkəsəndə 21 sm olub. Havanın temperaturu çoxillik norma göstəricilərindən 2 dərəcəyə kimi aşağıdır”,-deyə U.Tağıyeva bildirib.