COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 802 min nəfəri ötür
Martın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 min 70 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1180, ikinci doza vaksinlərin sayı - 1656, üç və daha çox doza vaksinlərin sayı – 18 min 163, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1071-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 246 min 942, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 313 min 384, ikinci mərhələ üzrə 4 milyon 802 min 388, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 913 min 43, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 218 min 127-dir.