logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 800 min nəfəri ötür

15:51 11-03-2022 | icon 4088
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 800 min nəfəri ötür

Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 min 315 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 149, ikinci doza vaksinlərin sayı - 1 min 796, üç və daha çox doza vaksinlərin sayı – 18 min 178, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1192-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 224 min 872, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 312 min 204, ikinci mərhələ üzrə 4 milyon 800 min 732, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 894 min 880, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 217 min 56-dır.