logo

Payataxt sakini “Beretta” tapançası satarkən yaxalandı

15:11 11-03-2022 | icon 2086
Payataxt sakini “Beretta” tapançası satarkən yaxalandı

Qanunsuz əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bölməyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və onu satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq polis bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən atəş üçün yararlı “Beretta” markalı tapança, həmin silaha məxsus daraq və dörd patron aşkar edilərək götürülüb.

Faktla bağlı 21-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.