logo

Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb

13:13 11-03-2022 | icon 3185
Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb

Martın 11-u saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 11, Şabranda 6, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30, Qrızda 5, Göygöldə 4, Daşkəsəndə 3, Xaltanda 1 santimetrə çatıb.

Cənub-şərq küləyi əsib, arabir saniyədə Gəncədə 24, Neftçala, Naftalanda 20, Ağdamda 18, Kəlvəzdə (Lerik) 17, Tərtərdə 16, Bakıda və Abşeron yarımadasında 19 metrədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.