logo

"Şahdağ"da 32 sm qar yağıb

16:56 10-03-2022 | icon 2107
"Şahdağ"da 32 sm qar yağıb

Martın 10-u saat 12:00-a olan məlumata əsasən, ölkənin bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 22, Zaqatalada 14, Balakəndə 13, Sədərəkdə 8, Kürmükçay-İlisuda (Qax) 7, Ağdərədə (Ordubad) 6, Əyriçay-Başdaşağılda (Oğuz) 5, Qrız, Göygöl, Daşkəsən, Kişçayda (Şəki) 4, Şinçay Şin (Şəki), Ləzə, Qubada 3, Qusar, Xaltan, Ağstafa, Oğuz, Şahbuz, Şabran, Şahdağ, Şəkidə 2, Şərur, Xınalıq, Gədəbəy, Şəmkir, Qobustan, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvarda 1 millimetr, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Binə, Pirallahıda 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda (Qusar) 32, Sarıbaşda (Qax) 22, Ləzədə (Qusar) 4, Qrızda 3, Əyriçay-Başdaşağılda (Oğuz) 2, Xınalıq, Kişçayda (Şəki) 1 santimetr olub.

Şimal-qərb küləyi əsib, arabir Tovuzda 20, Naftalan, Tərtər, Salyan, Gəncədə 18, Kəlvəzdə (Lerik) 15, Bakıda və Abşeron yarımadasında 18 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Havanın minimal temperaturu martın 9-da Bakıda iqlim normasından 2.2° yuxarı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 6°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, aran rayonlarında 3-5° isti qeydə alınıb.