COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 2 milyon 855 min nəfəri ötür
Martın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 63 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 26, üç və daha çox doza vaksinlərin sayı – 29, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 309 min 703, ikinci mərhələ üzrə 4 milyon 796 min 500, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 855 min 817, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 214 min 614-dür.