Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 50 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.