COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 796 min nəfəri ötür
Martın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 16 min 815 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 931, ikinci doza vaksinlərin sayı 1150, üç və daha çox doza vaksinlərin sayı 13 min 718, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1016 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 571, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 309 min 703, ikinci mərhələ üzrə 4 milyon 796 min 474, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 855 min 788, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 214 min 606-dır.