logo

Azərbaycanda daha 276 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü

19:17 08-03-2022 | icon 3402
Azərbaycanda daha 276 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 276 yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 min 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 776 min 514 nəfər müalicə olunaraq sağalıb, 9547 nəfər vəfat edib. Aktiv xəstə sayı 3696 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4142, bu günə qədər isə ümumilikdə 6 milyon 607 min 460 test icra olunub.