Rusiyanın “Ural airlines” şirkəti Azərbaycana uçuşları yenidən dayandırıb.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.Qeyd edilib ki, martın 8-dən 26-dək Azərbaycana – Bakı, Gəncə və Lənkəran şəhərlərinə uçuşlar dayandırıb.
Xatırladaq ki, “Ural airlines” martın 5-də Azərbaycan, BƏƏ, İsrail və Ermənistana uçuşları ləğv etməsi barədə məlumat yaymışdı. Lakin sonradan Azərbaycan istiqamətində marşrutlar bərpa edildi. İndi Rusiyanın şəhərlərindən Azərbaycana birbaşa reyslər yenidən dayandırılıb.