İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən silah-sursatın toplanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki,Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının keçirdikləri növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkarlanıb.
Tapılan 1 pulemyot, 2 qumbara və 3 mindən artıq patron aidiyyəti üzrə təhvil verilib.