Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 374 yoluxma faktı qeydə alınıb, 1029 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 min 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 min 275 nəfər müalicə olunaraq sağalıb, 9 min 518 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 min 539 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 284, bu günə qədər isə ümumilikdə 6 milyon 599 min 806 test icra olunub.