logo

Sabahdan toylarda say məhdudiyyəti ləğv olunub

18:31 05-03-2022 | icon 2170
Sabahdan toylarda say məhdudiyyəti ləğv olunub

Martın 6-dan Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi ilə bağlı vaxt və say məhdudiyyəti ləğv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən, həmçinin dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti aradan qaldırılıb.

Xatırladaq ki, indiyədək qüvvədə olan qaydalarla şənlik mərasimləri üçün say həddi 150 nəfər müəyyən edilmişdi.