Martın 6-da gecə və səhər saatlarında Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Ələt-Astara, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şəki-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Goranboy-Tərtər, Şuşa-Füzuli, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Ağdərə, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsi 100-500 metrədək məhdudlaşacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.