“Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkəti daha 191 həmyerlimizi vətənə çatdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.
Qeyd edilib ki, "AZAL"ın növbəti təxliyə reysi ilə Rumıniyanın Yassı Beynəlxalq Hava Limanından 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Bundan əvvəl "AZAL"ın təxliyə reysləri ilə Ukraynada baş verən hadisələrlə əlaqədar ölkəyə qayıtmaq istəyən yüzlərlə həmyerlimiz Azərbaycana qayıdıb.
AZAL hər gün həmvətənlərin daşınması üçün təxliyə uçuşları yerinə yetirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsiz həyata keçirilir.
Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.