logo

Kürəkənini öldürən şəxs məhkəmə zalından azadlığa buraxıldı

19:11 04-03-2022 | icon 2107
Kürəkənini öldürən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən İlham Əhmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

İlham Əhmədovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, İ.Əhmədov şəxsi münasibətlər zəminində bacısının həyat yoldaşı Asif Əliyevi bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasını köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Daha sonra İ.Əhmədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.