COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 792 min nəfəri ötür
Martın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 28 min 427 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1627, ikinci doza vaksinlərin sayı 1717, üç və daha çox doza vaksinlərin sayı – 23 min 552, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1531.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 111 min 19, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 305 min 977, ikinci mərhələ üzrə 4 milyon 792 min 145, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 801 min 802, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 211 min 95-dir.