Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 588 yoluxma faktı qeydə alınıb, 1185 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 788 min 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 min 715 nəfər müalicə olunaraq sağalıb, 9 mın 488 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 322 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 829, bu günə qədər isə ümumilikdə 6 milyon 585 min 992 test icra olunub.