İran Mədəniyyəti Günləri çərçivəsində “Məhəmməd: Allahın elçisi” filmi nümayiş olunub
İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 28-də "Nizami" Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş etdirilib.
YeniAvropa xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsi baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
Əməkdar incəsənət xadimi Ayaz Salayev İran kinosunun yeniliklərindən söz açıb. Diqqətə çatdırıb ki, iranlı kinematoqrafçılar real hadisələri ekrana gətirməklə tamaşaçıları həyata daha geniş gözlə baxmağa sövq edir.
Filmin rejissoru Məcid Məcidi dünyanın onlarca ölkəsində böyük maraqla qarşılanan ekran əsərinin İran kino tarixində ən böyük büdcəli film olduğunu bildirib: “Film iki il ərzində aparılan araşdırma və 5 il davam edən çəkilişlər əsasında ərsəyə gəlib. Ekran əsəri üçün ümumilikdə 30 milyon dollar xərclənib. 2015-ci ildə tam hazır olan filmdə Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Ali Reza Shoja-nuri və Mina Sadati rol alıb. Filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı “Oskar” laureatı hindistanlı Allah-Raxa Rəhman, prodüseri Mark Cozefdir. Mahnıları tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir.
Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik filmdə Həzrət Məhəmmədin 13 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝr təsvir olunur. Filmin məqsədi İslam dininin mahiyyətini dünyaya tanıtmaqdır”.
Azərbaycanda İran Mədəniyyəti Günlərinin keçirilməsini yüksək dəyərləndirən rejissor dövlət rəsmilərinin müştərək görüşləri və razılaşmaları çərçivəsində iki ölkənin kino mütəxəssisləri arasında əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Sonra film nümayiş olunub.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib