Vilyam Hacıyev 3 aya 3 milyon manatı necə "yeyib" ?
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilib.
YeniAvropa xəbər verir ki, şahid Cəmil Musayev məhkəmədə bildirib ki, 2003-cü ildən indiyədək İmişli RİH-də müxtəlif vəzifələrdə işləyir. O deyib ki, V.Hacıyev İmişli RİH-in başçısı işləyən zaman ora baş mühasib təyin olunub.
"Mənə verilən vəsaitləri adbaad qeyd edirdim. Pulların hamısını da Vilyam Hacıyevə təqdim edirdim. İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə 3 milyon manat vəsait ayrılmışdı. Lakin həmin pullar 3 aya yoxa çıxdı. Təkcə 342 min manat pulu Vilyam Hacıyevə aparıb, onun Şəkər zavodunun yanında yerləşən evində şəxsən özünə vermişəm. Eyni zamanda, vəzifə təyinatına görə pullar verilirdi. Mən də həmin pulları Vilyama təqdim edirdim. Məsələn, İmişli rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatına görə 70 min manatı, rayonun Olimpiya İdman Kompleksinə rəhbər təyinatına görə 10 min manatı və s. pulları Vilyam Hacıyevə təqdim etmişəm”, - hazırda da İmişli rayon İcra Hakimiyyətində baş mühasib işləyən C.Musayev belə deyib.
Şahid ifadəsinə davam edərək deyib ki, təkcə 2019-cu ildə rayon İcra Hakimiyyətində 4 milyon manatdan artıq pul toplanıb (rüşvət və korrupsiyadan) və həmin pulları da şəxsən Vilyam Hacıyevə verib.
“Bunlar şəxsən Vilyamın özünə çatan vəsaitlər idi, lakin qanuni olaraq rəsmiləşdirilmirdi. Burada mənim heç bir marağım olmayıb. Bunları bütün işimi itirməmək üçün edirdim", - o deyib.
V.Hacıyev isə şahidin dediklərini təsdiqləməyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, şahid C.Musayevin cinayət məsuliyyətə cəlb olunmasını tələb edib: "Bu şəxs vəsaitləri bir başa qəbul edən olub. Lakin hələ də İmişli rayon İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləyir".
Vəsatət təmin edilməyib. Məhkəmənin növbəti iclası martın 5-nə təyin olunub. Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin mayında DTX tərəfindən həbs edilib. Onun evindən karton qutulara qablaşdırılmış milyonlarla dollar və avro tapılmışdı.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur