logo

İrandan Azərbaycana 30 kq narkotika keçirmək istədilər-yaxalandılar

14:12 04-03-2022 | icon 2275
İrandan Azərbaycana 30 kq narkotika keçirmək istədilər-yaxalandılar

Mart ayının 4-də saat 04:20 radələrində Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitə­lərin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 2 nəfər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Onların Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü Bədəlov Nur Məhərrəm oğlu və 1990-cı il təvəllüdlü Hüseynova Gülnar Maqsud qızı olmaları müəyyən­ləşdirilmiş, əllərindəki bağlamalara baxış zamanı içərisində təxmini çəkisi 15 kiloqram 985 qram narkotik vasitəyə (860 qram “tiryək”, 15 kq 10 qram “marixuana”, 60 qram “heroin”, 55 qram metamfetamin və 1650 ədəd “preqabalin” həbi) bənzər maddələraşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.