Azərbaycan Ordusunun hərbçisi qəzada həyatını itirib.
YeniAvropa xəbər verir ki, hadisə Şuşada qeydə alınıb.
Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Kazımov Vüsal Vüqar oğlu qəzaya düşməsi nəticəsində həlak olub.
Əsgərin əmisi oğlu Kənan Kazımov bildirib ki, yaxın saatlarda mərhumun cənazəsi ailəsinə təhvil veriləcək./lent.az