logo

Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

20:30 03-03-2022 | icon 1932
Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Bu gün Rumıniyanın Yassı hava limanından "AZAL"ın növbəti təxliyə reysi ilə 18-i körpə olmaqla, daha 201 azərbaycanlı Vətənə qayıdıb.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "AZAL" hər gün həmvətənlərin ixracı üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir. Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər”, - deyə məlumatda qeyd edilib.