Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 570 yoluxma faktı qeydə alınıb, 1784 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 787 min 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 771 min 530 nəfər müalicə olunaraq sağalıb, 9 mın 473 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 934 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 847, bu günə qədər isə ümumilikdə 6 milyon 579 min 163 test icra olunub.