Azərbaycanda martın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Gün ərzində qərb, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 10-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 746 millimetr civə sütunundan 753 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 10-14° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.