logo

"AZAL" sabah Rumıniyadan növbəti təxliyəni həyata keçirəcək

22:34 02-03-2022 | icon 1386
"AZAL" sabah Rumıniyadan növbəti təxliyəni həyata keçirəcək

“Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları”nın(AZAL) Rumıniyadan növbəti təxliyə reysinin uçuşu sabaha - 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) dəyişdirilib”.

 YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.

“Həmvətənlərimizin daşınmasını həyata keçirən "AZAL"ın təxliyə reysinin Bakıya gəlişi yerli vaxtla saat 16:00-da nəzərdə tutulub.Bütün sərnişinlərdən aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində və kütləvi informasiya vasitələrində reyslər barədə ən son məlumatları izləmələrini xahiş edirik”,-deyə şirkətin açıqlamasında bildirilib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən "AZAL" Ukraynadakı hadisələrlə əlaqədar vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək. Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçiriləcək.